"Üzüklərin əfəndisi"ndən xoş xəbər

Day.Az представляет новость на азербайджанском языке

"Üzüklərin əfəndisi" filmi serial olacaq.

Day.Az xəbər verir ki, "Uorner Bros" şirkəti filmin seriala çevrilməsi üçün artıq hazırlıqlara başlayıb.

Serialın aktyor heyəti, rejissor və prodüser vəzifəsində kimlərin yer alacağı hələ ki, açıqlanmayıb.

"Netflix", "HBO", "Amazon" kimi kanallar isə serialın yayım hüququnu əldə etmək üçün yarışa giriblər. "HBO" kanalının əfsanəvi serialı "Game of Thrones"a bənzəyən bir serial almaq istəyən "Amazon" kanalı "Üzüklərin əfəndisi" üçün filmin prodüserlərinə rekord məbləğdə pul ödəyəcəyini bildirib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində 3 seriya formatında yayımlanan film çoxsaylı izləyici kütləsi toplayıb və onlarla mükafata layiq görülüb. (publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.