Anar Nağılbaz gənc qadınla yayılan görüntülərindən danışdı - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Məşhur repçi Anar Nağılbazın intim görüntüləri yayılıb.
Day.Az Ölkə.Az-a istinadla xəbər verir ki, yayılan videoda reperlə yanaşı, bir gənc xanım da yer alır.
A.Nağılbaz bunun keçmiş həyat yoldaşı tərəfindən edildiyini iddia edib: "Sabah klip təqdimatımız olacaq. Həmin təqdimatda bununla bağlı da təfərrüatlı açıqlamalar veriləcək. Amma deyə bilərəm ki, bu iş yüz faiz keçmiş həyat yoldaşımla bağlıdır. Həmin görüntüləri düzüb-qoşanlar məhkəmə qarşısına çıxarılacaqlar. Deyə bilərəm ki, çox peşəkar, fabrikləşdirilmiş iş görüblər. Oradakı səslər də montajdır".
Qeyd edək ki, bu yaxınlarda Anar Nağılbazın keçmiş həyat yoldaşı mətbuata açıqlamasında repçinin övladlarına baxmadığını, aliment ödəmədiyini söyləyib. Nağılbaz isə qarşı tərəfə cavab olaraq bunları bildirib: "Uşaqlarıma lazımi səviyyədə baxıram. Ona verdiyim pulları bahalı butiklərə xərcləməkdənsə, uşaqlara xərcləsin".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре