Bakıdakı Əl Oyunları Sarayı sökülür? – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakı şəhərinin ən böyük idman saraylarından biri görkəmini dəyişir. Bu barədə Milli.Az-a Səbail rayonunda yerləşən Əl Oyunları Sarayının sökülməsi ilə bağlı daxil olmuş məlumatı dəqiqləşdirəkən öyrəndik.

Məlumatda deyilir ki, artıq Əl Oyunları Sarayının sökülməsinə başlanıb. Sarayın fasadındakı alkoponlar çıxarılıb, pəncərələri sökülüb. Məsələni dəqiqləşdirmək üçün Səbail rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən deyilənləri təkzib etdilər.

Məlum oldu ki, saray sökülmür, əksinə əsaslı təmir olunur. Təmir çərçivəsində sarayın fasadı yenilənəcək, pəncərələri dəyişdiriləcək. İşlərin gələn ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulub.


Böyütmək üçün şəkillərə klikləyin.

Фото: Milli.az