Daha bir dənizdə boğulma faktı Day.Az представляет новость на азербайджанском языке.

Lənkəran rayonunun Vel kəndinində boğulma hadisəsi baş verib. Bu Lənkəran rayonun da bir gündə eyni ərazidə qeydə alınan ikinci hadisədir.

ANS PRESS-in bölgə müxbirinə isitnadən verdiyi məlumata görə, çimməyə gələn Lənkəranın Boğulmac kənd sakini 18 yaşlı Əlizadə Cavid Fikrət oğlu dənizdə batıb.

Bu dəqiqələrdə Fövdaladə Hallar Nazirliyinin xilasediciləri meyidin tapılması isitqamətində işlər aparırlar.

Bu gün səhər saatlarında Lənkəranın Vəl kəndində eyni ərazidə daha bir meyit aşkar edilmişdi.

Hadisə barədə dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib. İlkin əməliyyat tədbirləri zamanı məlum olub ki, meyidi tapılan Bakı şəhər sakini 65 yaşlı Asəf zaman oğlu Göyüşovdur.

Onun keçmiş hərbçi olduğu, 10 il əvvəl Vel kəndində istirahət üçün ev aldığı bildirilir. Qonşuların dediyinə görə, mərhum hər gün sübh tezdən dənizdə çimirmiş. Bu gün səhər də onu dənizdə çimən yerdə görənlər olub.

Meyitin üzərində hər hansı zorakılıq əlamətlərinin olmadığı bildirilir. Meyit daxili və xarici müayinə edilmək üçün məhkəmə tibbi ekzpertizası və pataloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.