4 nəfər meşə yanğınlarının güdazına getdi

Day.Az представляет новость на азербайджанском языке

AZƏRTAC yazır ki, Avstraliyanın Qərbi Avstraliya ştatının Esperans şəhəri yaxınlığında güclü meşə yanğınları nəticəsində dörd nəfər həlak olub. Bu barədə "Sky News" televiziya kanalı yerli polisə istinadla məlumat yayıb.

Polisin məlumatına əsasən, 300 min hektar ərazidə meşənı məhv edən yanğın ildırım düşməsi nəticəsində başlayıb.

Yanğınsöndürənlər küləyin yanğını şərq istiqamətində yayacağını düşünürlər. Təhlükəsizlik məqsədilə region əhalisi təxliyə olunub, yollar bağlanıb.

Avstraliyada, xüsusən cənub ştatlarında təbii yanğınlar hər il baş verir. Belə ki, ötən il təbii fəlakət nəticəsində minlərlə insan evini tərk etmək məcburiyyətində qalmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.