Azərbaycandan qovulan rus jurnalist Ukraynada "çırpılıb"

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycandan deportasiya olunan Rusiyanın "LifeNews" telekanalının çəkiliş qrupu haqqında maraqlı fakt ortaya çıxıb.
Day.Az azxəbər.com-a istinadən bildirir ki, telekanalın xanım jurnalisti bundan öncə də Ukraynada təxribat dolu materiallar hazırlayıbmış. Sonuncu dəfə isə o bu süjetlərə görə ukraynalılar tərəfindən döyülüb.
Belə ki, Kiyevdə Rusiya əleyhinə keçirilən aksiyada iştirak edən həmin jurnalist Ukrayna əleyhinə müsahibə hazırlayarkən aksiya iştirakçıları onun başında yumurta sındırıblar. Bundan başqa, ukraynalı xanım jurnalistlərdən biri onun gözünə gözyaşardıcı qaz sıxaraq təhqirlər edib.
Xatırladaq ki, "LifeNews" telekanalının çəkiliş qrupu ötən gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tərtərdə təxribat xarakterli, yalan məlumatlar hazırlayıb. Kanalın hazırladığı materialda Tərtər sakinlərindən müsahibələr alınsa da, müsahibələr tərcümədə təhrif olunub. Belə ki, rayon sakinləri qorxmadıqlarını və heç yerə getməyəcəklərini desələr də, müxbir onların fikrini "bizə müharibə lazım deyil" deyə tərcümə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mətbuata verdiyi açıqlamaya görə, sözügedən kanalın çəkiliş qrupu artıq ölkədən deportasiya olunub və bu telekanalın rəhbərinin erməni Aşot Qabrielyan olduğu təsdiqini tapıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре