Əkrəm Əylislini 3 ilə qədər həbs gözləyir - Maddəsi dəyişdirildi

Day.Az представляет новость на азербайджанском языке
Əkrəm Əylisliyə qarşı başladılan cinayət işi başqa maddəyə tövsif edilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar:
"Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре