Sərkisyanın təltif etdiyi "cəngavər"inə baxın

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edərək, dördgünlük savaşda "igidlik göstərən" əsgərləri mükafatlandırması sosial şəbəkələrdə lağ obyektinə çevrilib.

Day.Az axar.az-a istinadən bildirir ki, canlı qüvvə baxımından ciddi çətinlik çəkən Ermənistan ordusunun bu vəziyyətinə ermənilər özləri lağ edirlər. Dördgünlük savaşda ordunun zəif, əslində, orduya çağırılmamalı bir "əsgərini" təltif etməklə Sərkisyanın ruh yüksəkliyi yaratmaq əvəzinə çıxılmaz durumda olduğunu nümayiş etdirdiyi də bildirilir.
 
Qeyd edək ki, İrəvanda erməni anaları və ataları dəfələrlə öz övladlarının Qarabağda xidmət etməsinə və orada ölməsinə etiraz ediblər. İşğal edilmiş Azərbaycan ərazilərində zorla xidmətə göndərilən erməni gənclər isə ordudan yayınır, məcburi gətirilənlər isə Ermənistan ordusunda psixoloji gərginliyi artırır. Təsadüfü deyil ki, yalnız ötən gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində xidmət keçən 1996-cı il təvəllüdlü erməni əsgəri Gevorq Gevorqyan öz yoldaşı tərəfindən siqaret üstündə güllələnib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.