Azərbaycan cüdoçusu erməni ilə üz-üzə
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına (AÇ) start veriləcək.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.
Kişilər
60 kq
İlk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayacaq. "Böyük dəbilqə"nin qalibi Tom Şmit (Lüksemburq) - Arif Bağırov (Belarus) cütünün qalibini gözləyir.
Bu çəkidə tatamiyə çıxacaq digər təmsilçimiz İlqar Müşkiyev isə Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşacaq.
66 kq
Millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov birinci qarşılaşmadaca Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gələcək.
Qadınlar
48 kq
Bu çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gələcək. Həmyerlimiz mərhələ adlayacağı halda, Şira Rişoni ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре