Dolların kursuna təsir edən vacib qərar qəbul olunub

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iclası keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% -də saxlayıb.
 
Ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb.

Qeyd edək ki, FES uçot dərəcəsinin müəyyənləşməsi həmişə dolların bahalaşmasına və ya ucuzlaşmasına təsir edir.