"Azərbaycan və İranın müxtəlif sahələrdə əməkdaşlıq üçün potensialı var"

Day.Az представляет новость на азербайджанском языке

İran və Azərbaycan arasında dərin köklər var, hər iki milləti eyni din birləşdirir və Azərbaycanın İranın şimal-qərbindəki xalqla dil, etnik bağlılığı var. Day.Az bildirir ki, bunu Trend-ə iranlı deputat Əlirza Monadi deyib.

Onun sözlərinə görə, hər iki ölkənin çiçəklənməsi və regionun uğuru naminə müxtəlif sahələrdə əməkdaşlıq üçün potensial var.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Azərbaycanda rəsmi səfərdədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.