Facebook-da psixoloji testlər nə dərəcə düzgündür?

Day.Az представляет новость на азербайджанском языке

Adını, soyadını, bürcünü yaz, kimə bənzədiyini müəyyənləşdir. İndi sosial şəbəkələrdə yayılan bu testdən bir çoxları istifadə edir. Ciddi, yaxud qeyri-ciddi qəbul etməyinizdən asılı olmayaraq, bu testlərın bir çox mənfi nəticələri də var.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, son zamanlar "facebook" istifadəçilərinin bir çoxu bu testlə qarşılaşır. Müəyyən sualları cavablandır, kimə bənzədiyini öyrən. Bir çoxları qeyri-ciddi yanaşsalar da, testin cavabından təsirlənənlər də az deyil.

Psixoloqlar isə bunun təhlükəli olduğunu deyirlər və bu testlərin şüuraltı təsir imkanlarının olduğunu vurğulayırlar.

Buna inanan insanlar üçünsə testlərin fəsadları olduqca böyükdür. Bu, müəyyən fobiya və hətta depressiya ilə də nəticələnə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.