Qubada 43 yaşlı qadını maşın vurub öldürdü

Day.Az представляет новость на азербайджанском языке

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İqrıq kəndi ərazində qeydə alınıb. 1973-cü il təvəllüdlü Rəsmiyə Qədirovanı maşın vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.