Gənclər Fondu tərəfindən mühasiblik təlimləri keçirilir - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan Gənclər Fondu 20-21 sentyabr 2013-cü il tarixlərində Gənc Mühasiblər Birliyi ilə birlikdə Fonddan qrant almış təşkilatlar və fərdi şəxslər üçün müsahibatlıqla bağlı təlimlər keçirir. İlk təlim 20 sentyabr saat 17:00-da baş tutub. Təlimi giriş sözü ilə Gənclər Fondunun baş mühasibi Elmar Talıblı açıb. Təlimdə Fonddan qrant alan və maliyyə hesabatını düzgün təqdim etməkdə çətinlik çəkən təşkilatlar və gənclər üçün maliyyə hesabatı ilə bağlı lazımi məlumatlar verilib. Gənc Mühasiblər Birliyi adından çıxış edən Əfqan Səfərli Fondun sonuncu qrant müsabiqəsində qalib olmuş təşkilatlar və gənclər üçün büdcə formasının tərtibi, bölgüsü və s. digər mövzularda çıxış etmişdir.
Daha sonra təlim iştirakçılarının sualları cavablandırılmışdır. Qeyd edək ki, bu gün 21 sentyabr saat 17:00-da növbəti təlim keçiriləcək.
Böyütmək üçün şəkillərə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре