"Onlar gələcəkdə ciddi uğurlar da qazana bilməyəcəklər"
                                
                                Day.Az представляет новость на азербайджанском языке:
"Ümumiyyətlə, son dövrlər müşahidə olunur ki, Azərbaycanda yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilən zaman bu tədbirlərə qarşı xarici ölkələrdən gizli şəkildə anti-təbliğat kampaniyaları başlayır". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Əli Kərimlinin xarici havadarları vasitəsilə Azərbaycan qarşı apardığı qara-piar kampaniyasına münasibət bildirərkən deyib.
Aparat rəhbərinin sözlərinə görə, Azərbaycanı istəməyən xarici qüvvələr həm ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin üzərinə kölgə salırlar, həm də ölkəmizin gücünü, nüfuzunu qısqanclıqla qarşılayırlar: "Çox təəssüf ki, bəzən daxildə də elə qüvvələr var ki, həmrəylik nümayiş etdirərək onlarla birgə Azərbaycanın mənafelərinə zərbə vurmağa çalışırlar. Bəzən bu qüvvələrin özləri də bilməyərəkdən xarici təsirlər altına düşürlər. Bütün hallarda ya bilərəkdən, ya da bilməyərəkdən bu kampaniyaya dəstək verilməsi təqdirəlayiq hal deyil.
Hər bir insan özündə məsuliyyət hiss etməlidir və bu məsuliyyət altında da hərəkətlərini tənzimləməlidir. "Bakı 2015" I Avropa Oyunlarının keçiriləcəyi ərəfədə də oyunların mahiyyətinə kölgə salmağa yönəlmiş cəhdlər yolverilməzdir. Bu istər xarici qüvvələr, istərsə də Azərbaycanın daxilində yaşayan qüvvələr olsun, heç bir halda düzgün deyil. Onlar gələcəkdə ciddi uğurlar da qazana bilməyəcəklər".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре