Bakıda yeni metro stansiyası tikilir – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakı metrosunun tikilməkdə olan stansiyası artıq son mərhələdədir. Milli.Az-ın əməkdaşı "Memar Əcəmi" stansiyasından "Avtovağzal"a keçid rolunu oynayacaq "Memar Əcəmi-2" ("Cavadxan") stansiyasının ərazisində olub.
 

Bakı Metropolitenindən Milli.Az-a bildirildi ki, artıq stansiyanın eskalatorları qoyulub, bənövşəyidən yaşıl xəttə keçid funksiyası daşıyacaq keçid məsələləri həll edilib.

Qeyd edək ki, Artıq "Avtovağzal" stansiyasında da işlər tamamlanmaq üzrədir.

Görülən işlərin fotolarını oxuculara təqdim edirik.

Böyütmək üçün şəkillərə klikləyin.