Gənclər "Tarixinə sahib ol" dedilər - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Tariximizə sahib olmağa bu gün hər zamankindən daha çox ehtiyac var".
 

Gənclər Fondunun dəstəyi ilə Nuriyyə Hüseynovanın rəhbəri olduğu "Tarixinə sahib ol" adlı layihənin icrasına başlanılıb . Layihə çərçivəsində Nizami rayon Kamil Əliyev adına 61 saylı tam orta məktəbdə keçirilən görüşdə layihənin rəhbəri Nuriyyə Hüseynova tədbiri giriş sözü ilə açaraq, əvvəlcə layihəyə dəstək olduqları üçün Gənclər Fonduna təşəkkürünü bildirdi. O, daha sonra layihənin əhəmiyyətindən danışdı və sözü çıxışçılara verdi.
 

Məktəbin direktoru Zemfira Şıxəliyeva isə layihənin məhz onların məktəblərində keçirilməsindən məmnunluğunu ifadə etdi.
 

" Bu tipli layihələrin orta məktəblərdə keçirilməsi çox təqdirəlayiqdir.

Düşünürəm ki, bu təlim müddətində şagirdlərimiz tariximizə dair yeni- yeni məlumatlar alacaq və bu onların yaddaşında dərin iz buraxacaq, onların vətənpərvərlik ruhunda böyüməsinə yardım göstərəcəkdir".
 

Layihənin tərəfdaş təşkilatı olan "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova da çıxış edərək qeyd etdi ki, adı çəkilən layihənin mövzusu və məqsədi bu gun hər bir vətəndaşımızı düşündürməlidir.
 

" Bu istiqamətdə əlimizdən gələni etməliyik ki, həqiqətən də gələcəyimiz olan gənclərimiz bilməlidir ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan, eyni zamanda 20%-dən çox torpağı düşmən tapdağı altında qalmış bir ölkənin vətəndaşıyıq və bu tarixi unutmamalıyıq! İnanırıq ki, ən qısa zamanda mənfur düşmənin üzərində zəfər çalaraq o torpaqlarımızı geri alacayıq. Təbii ki, Ali Baş komandanımız cənab İlham Əliyev başda olmaqla, çiçəklənən Azərbaycanımızın ərazi bütövlüyünü yenidən bərpa edəcəyik. Həqiqətən biz tarximizə sahib olaraq öz müstəqilliyimizi qoruyub saxlamalıyıq".
 

Layihədə təlimçi kimi iştirak edən ixtisasca tarixçi olan gənc yazar Qurbanəli Ömər tariximizə sahib olmağa bu gün hər zamankindən daha çox ehtiyac olduğunu vurğuladı. " Bu gün Qarabağ problemi kimi bir problemlə eyni zamanda dünyanın hər bir yerində erməni lobbisinin fitnə-fəsadlarına qarşı mübarizə apardığımız bir dövrdə bizim tariximizə sahib çıxmağa hər zamankindən daha çox ehtiyacımız var. Bildiyiniz kimi dünyada milyonlarla insan oxumaqdan, yazmaqdan, təhsildən uzaq qalıb. Əziz şagirdlər, gəlin dövlətimizin verdiyi bu gözəl imkanlardan istifadə edərək yaxşı təhsil alın və bu günümüz və gələcəyimiz olan tariximizə sahib olun" Və bundan sonra O, təlimin proqramına uyğun olaraq " Dövlətçilik tarixi" adlı ilk mövzunun təliminə başladı və 3minillik bir dövrün qısa lakin mükəmməl şəkildə şərhini verdi.

Sonda iştirakçılar layihəyə dair videosujeti izlədilər və birlikdə xatirə fotoları çəkdirdilər.
 

Xatırladaq ki, təlimlər davam edir və təlim müddətində tarixi məkanlara ekskursiyalar da təşkil olunacaq.

Böyütmək üçün şəkillərə klikləyin: