Bakıda saxta gözəlliyin gerçək aqibəti - FOTO

Day.Az представляет новость на азербайджанском языке:
Bakının məşhur Bakıxanov qəsəbəsi düşmən əlindən azad olunmuş Stalinqrad şəhərini xatırladır. Milli.Az xəbər verir ki, Binəqədi rayonu, Azadlıq prospektində dəhşətli bina yanğınından sonra icra qurumu bir müddət əvvəl gözəllik naminə etdiyi işlərin üstündən elə özü xətt çəkir. Qəsəbənin mərkəzində penoplastla üzlənmiş bütün binaların üzlüklərinin sökülməsi aparılır.
Oxucular Milli.Az-a məlumat veriblər ki, ətrafda polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları keşik çəkirlər. İşlər tam sürətlə aparılır. Ətrafı isə penoplastın tullantıları bürüyüb. Zəif meh bütün tulantıları havaya sovuraraq eybəcər mənzərə yaradır.
Onu da əlavə edək ki, qəsəbənin "Stansiya" kimi tanınan ərazisində bir neçə penoplast üzlüklü bina var. Bütün gecəni həmin binalara polis əməkdaşları keşik çəkiblər.
Böyütmək üçün şəkillərə klikləyin:





Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре