Bir gündə eyni kənddə ikinci oğurluq - YENİLƏNİB - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

---------
14:34

Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.

Anspress-in verdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Nəsirov Qadir Qulam oğlu Göyşaban kəndi ərazisində avtonəqliyyat vasitəsinin qaçırılması ilə bağlı polisə şikayət ərizəsi ilə müraciət edib.

Qadir Nəsirov bildirib ki, ona məxsus "VAZ 2109" markalı "42 BC 468" dövlət qeydiyyat nişanlı avtomaşın kəndin mərkəzi hissəsindən oğurlanıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi tərk olunmuş halda başqa ərazidə tapılıb. İlkin əməliyyat məlumatları əsasında 1989-cu il təvəllüdlü Rəhmanov Dilbər Vəfadar oğlu şübhəli şəxs qismində istintaqa cəlb olunub. Onun evinə baxış zamanı Qılman Nəsirova məxsus mobil telefon aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hazırda Lənkəran rayon Polis Şöbəsində oğurluq faktı ilə bağlı araşdırma aparılır.

----------
11:58

Lənkəranda oğurluq hadisəsi baş verib.
 

APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kənd sakini, 1988-ci il təvəllüdlü Tahir Kamil oğlu Fərəcova məxsus fərdi yaşayış evində qeydə alınıb.
 

Naməlum şəxs və ya şəxslər evin qapısını sındıraraq mənzilə daxil olmaqla oradan 3000 min manat dəyərində qızıl-zinət əşyaları və pal-paltar oğurlayıblar. Hadisə barədə dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.
 

Faktla bağlı araşdırmalara başlanıb.

-----------
14:34

Böyütmək üçün şəkillərə klikləyin.