Bakıda ağac 4 avtomobilin üstünə aşdı

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nizami rayonu, Qara Qarayev 94 ünvanında, yaşayış binasının həyətində bu gün səhər saatlarında əsən güclü külək nəticəsində ağac aşıb. Nəticədə bir neçə avtomobilə ciddi ziyan dəyib.

Milli.Az-ın məlumatına görə, zərərçəkənlərdən Rüstəm Yusifov musavat.com-a bildirib ki, onlar avtmobilə dəyən ziyanın aradan qaldırılması üçün qəzanın baş verməsinə dair akt tələb ediblər:

"Nə qədər axtardıqsa, Yaşıllaşdırma İdarəsindən bir nəfər tapıb akt ala bilmədik. O qurumdan bir adam tapa bilmirik ki, maşınları ağacın altında çıxaraq, akt alaq".

R.Yusifov deyir ki, idarənin bir neçə işçisi ağacı kəsmək üçün göndərilmişdi, lakin zərərçəkənlər buna imkan verməyib:

"Biz buna icazə vermədik ki, əvvəlcə akt alaq, daha sonra ağac kəsilsin. Çünki burada sığorta məsələsi də əsasdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.