https://news.day.az/world/613073.html
ABŞ və Çin arasında kibertəhlükəsizlik müzakirələri
Vaşinqtonda ABŞ və Çin nümayəndələri arasında kibertəhlükəsizlik məsələlərinin müzakirəsi ilə bağlı görüş keçirilib. İKT.lent.az-ın "Qazeta"ya istinadən xəbərinə görə, bu barədə Ağ Evin bəyanatında deyilir.
Çin tərəfini Çin Kommunist Partiyasının Mərkəzi siyasi-hüquqi komissiyasının katibi Men Tsyançju təmsil edib. Onun Vaşinqton görüşü Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tzinpinin ABŞ-a gözlənilən səfərindən əvvəl baş tutub. M.Tsyançju ABŞ daxili təhlükəsizlik naziri Cem Conson, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi və digər rəsmi şəxslərlə görüşüb.
"M.Tsyançju həmçinin prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays tərəfindən qəbul edilib. Görüş zamanı tərəflər kibertəhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb", - deyə Ağ Evin bəyanatında qeyd olunur.

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре