Jirinovskidən təklif: "Gənclik yaşı 60-a qaldırılsın"

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin gənclik yaşının 30-dan 60-dək qaldırılmasını təklif edib.

Trend xəbər verir ki, başqa bir təkliflə V.Jirinovski 90 yaşa qədər olan dövrün isə yetkinlik dövrü adlandırılmasını istəyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın səhiyyə naziri Veronika Skvortsova uşaqlıq dövrünün 30 yaşa qədər hesab oluna biləcəyini demişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.