Türkiyədən PKK-ya ZƏRBƏ - 34 terrorçu məhv edildi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Silahlı Qüvvələrinin ölkə ərazisində, eləcə də İraqın şimalında növbəti əməliyyatı keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, genişmiqyaslı əməliyyat mayın 25-dən 31-dək davam edib.

Əməliyyatlar nəticəsində PKK terror təşkilatının 34 üzvünün məhv edildiyi bildirilir.

Qeyd olunur ki, zərərsizləşdirilən terrorçulardan biri xüsusi təhlükəli olub, Türkiyədə hərbi hissələrə hücumların və terror aktlarının təşkil olunmasında iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.