https://news.day.az/azerinews/1014878.html Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb Day.Az представляет новость на азербайджанском языке Bu il Azərbaycanda fitrə zəkatının adambaşına veriləcək məbləği açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb

Azərbaycanca, 14 июня 2018 18:10 (UTC +04:00) 1 358
Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb

Day.Az представляет новость на азербайджанском языке

Bu il Azərbaycanda fitrə zəkatının adambaşına veriləcək məbləği açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməyə mükəlləfdir.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fitvaya əsasən, Ramazan bayramı iyunun 15-nə təsadüf edəcək.

Ramazan ayı münasibəti ilə bayram namazı sabah səhər saat 09:00-da ölkədə bayram namazı qılınacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости