Batumiyə avtobusla getmək istəyənlərin nəzərinə

Day.Az представляет новость на азербайджанском языке

İyulun 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

Avtovağzal Kompleksindən Milli.Az-a verilən məlumata görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 09:00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 10 yaşına qədər uşaqlar üçün biletin 50 faizi dəyərindədir.

Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.

Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub.

Sərnişinlərə biletləri əvvəlcədən almaları tövsiyə olunur. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya onlayn qaydada əldə etmək olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.