XİN: Yaponiyada ölənlər arasında azərbaycanlı yoxdur

Day.Az представляет новость на азербайджанском языке

Yaponiyada baş verən sel fəlakəti zamanı həlak olanlar arasında azərbaycanlı yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlanılıb:

"Səfirlikdən aldığımız məlumata görə, hadisə nəticəsində həlak olanlar arasında azərbaycanlılar yoxdur. Bir daha Yaponiya hökumətinə, xalqına başsağlığı veririk".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.