“Apple” “iPhone X” ilə bağlı yeni reklam çarxı çəkdi

Day.Az представляет новость на азербайджанском языке

İnternetin, e-ticarətin və sosial platformaların inkişafı bizə əvvəlki nəsillərin sahib olmadığı problemlər yaradıb: Şifrə və təhlükəsizlik.. Demək olar ki, hər internet saytı isə şifrə istəyir. Üstəgəl bir sıra hallarda bizdən tələb edir ki, təhlükəsizliyimiz üçün şifrəni yeniləyək.

Çalışırıq ki, hacklənmənin qarşısını almaq üçün seçdiyimiz şifrələr daha təhlükəsiz və çətin olsun. Buna görə də, davamlı olaraq özümüzə belə bir sual veririk: "Şifrəm nə idi?". Nə qədər xatırlamağa çalışsaq da, doğru şifrəni tapa bilmirik. Bu isə bizim həm enerji, həm də vaxtımızı alır. "Apple" da yeni "iPhone X" reklamında bu problemə toxunur. Bir dəqiqə yarım davam edən reklam filmi klassik yarışma proqramı formatında hazırlanıb.

Oyunçu ümumi dünyagörüş ilə bağlı sualda deyil, ən son bank şifrəsinə görə ilişir. O, stress içində şifrəni xatırlamağa çalışır, tamaşaçılar da get-gedə sıxılır və əsəbləşir.

Əyləncəli metafor üzərindən davam edən reklam filminin çəkilişləri üçün orjinal dizayn tərtib edilib və aktyorlar isə xüsusi olaraq hazırlanmış kostyumları geyinib. Reklam çarxında bəzi xoş detallar da var. Məsələn, yarış stolu yuxarıdan baxılanda "ağıllı" telefona bənzəyir. Tamaşaçıların şişirdilmiş reaksiya və mimikaları isə filmin parodiyasını daha da gücləndirir.

"Apple"in yayımladığı video çarxın ana fikri isə budur ki, şifrənizi xatırlamağınız sizi yaddaş testi ilə üz-üzə qoymamalıdır. Çünki "Face ID" funksiyası ilə üzünüz onsuz da sizin şifrənizdir.

Qeyd edək ki, filmin rejissoru isə "Audi"nin "Clowns" kimi reklam çarxında imzası olan Ringan Ledwidgedir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.