Uşağa hər gün bir yumurta yedizdirin
Day.Az представляет новость на азербайджанском языке
Yumurta faydalı qidalar siyahısında yer alır. Xüsusilə də uşaqların inkişafında yumurtanın inanılmaz rolu var. Mütəxəssislər uşaqların qida rasionunda gündə ən az bir yumurtanın olmasını məsləhət görür. Ailem.az yumurtanın uşaqlar üzərində müsbət təsirlərindən bəhs edən məlumatı diqqətinizə çatdırır.
Uşaqlara enerji toplamaq üçün proteinlə zəngin qidalar verilməsi məsləhət görülür. Uşağınız hər gün bir ədəd yumurta yeməlidir. Yumurta yüzdə yüz protein qaynağıdır və qan yaradır.
Elmi araşdırmalara əsasən, yumurtanın göz sağlamlığına və gözdə yaranan sarı nöqtə xəstəliyinə faydası olduğu ortaya çıxıb. Uşaqlıqdan etibarən balanslı qidalanmanın göz sağlamlığına bir çox faydası var. Bu balanslı qidalanmanın içərisində mütləq yumurta da olmalıdır. Yumurta yemək göz sağlamlığını qoruyur.
Yumurta yeməyin yaddaş problemini azaltdığı və qarşısını aldığı da sübut olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре