"Qara Dənizin Mirvarisi" – Batumi

Yayda məzuniyyətə çıxarkən istirahət etmək üçün maraqlı məkan axtarırıq. Ağılımıza ilk gələn yer öz doğma rayonlarımız və ya qonşu dövlət olan Gürcüstan olur. Gürcüstan həm məsafəcə yaxın, həmdə cibimizə uyğun yerdir.Yayda istirahət üçün çoxumuz Gürcüstanın Batumi şəhərini seçirik. Qara dənizin sahilində yerləşən bu şəhər dünyanın turizm mərkəzlərindən biri sayılır.. Bura dənizi ilə turistləri cəlb edir.Gürcüstanın ən yaxşı çimərlikləri burada yerləşir.

Batumi şəhəri Acarıstan Muxtar Respublikasının paytaxtıdır.Əhalinin əksəriyyətini gürcü müsəlmanları olan acarlar təşkil edir.

Batumiyə necə gedək?

Bakıdan Batumiyə müxtəlif marşrutlarla getmək olar.Ən sərfəlisi avtobusdur.Bakıdan Batumiyə birbaşa avtobus reysi var.Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi yola düşür. Gediş qiyməti 40 manat təşkil edir.  Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub.Bakıdan Btumiyə olan məsafə 940 km-dir.Avtobusla 13 saata Batumiyə çatmaq olar.

Batumidə qiymətlər elədə baha deyil. Burada 500 manat pulla 1 həftə yaxşı istirahət edə bilərsiniz.Batumidə istirahətə gedərkən, əlbəttə ki, dəniz sahilində bir yerdə, çimərliyə daha yaxın yaşamaq istəyirsən.. Burada qalmaq üçün münasib qiymətə kifayət qədər evlər,hostellər var.Qiymətlər günlük hostellərdə 20-40 evlərdə isə 50-100 arası dəyişir Otellərdə qiymət qismən bahadır.Burada qiymətlər 80 laridən başlayır.

Bu yazımda Batumidə gəzib - gördüyüm ən maraqlı yerlər haqqında sizə qısada olsa məlumat verməyə çalışacam.

"Əli və Nino" heykəli

Batumidə turistlərin əsasəndə azərbaycanlıların yaddaşlarında qalan yerlərdən biridə "Əli və Nino" heykəlidir Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb."Əli və Nino"əsl sevgi abidəsidir. Abidənin hündürlüyü 7 metrdir. Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər. Heykəllər hər gün səhər saat yeddidə hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar. Gecələr isə, heykəllər xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılır.Bu heykəl Batumini dənizkənarı bulvarına ayrı möhtəşəmlik verir.

Batumi bulvarı

Batuminin dənizkənarı bulvarıda çox məşhurdur.Dənizkənarı bulvar səkkizi kilometr uzanır.Şəhərin əsas hissəsi sayılır. Burada çoxlu storanlar,kafelər,klublar,fəvvarələr,heykəllər, və uşaqların əyləncəsi üçün müxtəlif atraksionlar yerləşir.

Çimərlik

Əlbəttə ki, Batuminin əsas cazibəsi onun çimərlikləridir. Çimərlik çox təmizdir.Bu çimərlikdə yay zamanı ukraynalı, rusiyalı,iranlı və ərəbl turistləri görə bilərsiniz.Çimərlikdə quma rast gələ bilmərsiniz. Burda ancaq çınqıldır.Çimərkən ehtiyatlı olmaq lazımdır.Dərinlik demək olar ki dərhal başlayır.Gecələr çimərlikdə gənclər üçün diskotekalar təşkil olunur.

Əlifba qülləsi

Bulvarda gəzdiyiniz zaman qarşınız böyük bir qüllə çıxır.Qülləni gürcü əlifbasının şərəfinə inşa ediblər. Qüllə üzərinə gürcü əlifbasının 33 hərfi həkk olunub. Qüllənin uzunluğu 130 metrdir.Ən üst hissədən şəhərə gözəl mənzərə açılır.Bu mənzərəyə baxmaq üçün 10 larinizdən keçməlisiniz.Burda restoranda yerləşir.

Botanika Bağı

Batumi Botanika Bağı Batumi şəhərindən 9 km məsafədə yerləşir.Məsafə şəhərdən bir qədər aralı olsada getməyə dəyəcək bir yerdir.Bura Batuminin ən sakit yeridir desək yanılmarıq..Burda adamın ruhu dincəlir.113 hektar sahəsi olan bu bağ dünyanın ən böyük botanika bağlarından sayılır.Giriş biletinin qiyməti 8 laridir.

Delfinariya

Batumidəki delfinariya böyüklər və uşaqlar üçün ən maraqlı əyləncə növlərindən biridir.Burda delfinlərlə müxtəlif şoular göstərilir.Bu əyləncənin qiyməti gündüz seansı üçün 15 axşam seansı üçün 20 laridir.Əgər siz delfinlərlə üzmək istəsəniz 150 larinizdən keçməli olacaqsınız.

Нажмите на видео для просмотра:

Делфинария в Батуми

Kanat yolu

Turistlərin ən çox ziyarət etdikləri yerlərdən biridir.Siz kanat yolunda istifadə etməklə Arqonun qonağı olursunuz. Bura dəniz səviyyəsindən 250 metr hündürlükdədir.BurdanBatumu şəhərinə,Qara dənizə möhtəşəm mənzərə açılır. Kanatdan istifadəyə görə biletin qiyməti 15 lari 12 yaşa qədər olanlara 5 laridir

Şərab

Gürcüstan və şərab bunları ayrı təssəvvür etmək olmur. Hər bölgənin öz şərabı olduğu kimi Batuminində şərabları var.Burda süfrələrdən şərab əskik olmur. Batumiyə gəlmisinizsə mütləq buranln çaxırlarından dadın.Bizdə evə qonaq gəldiyində ilk növbədə çay qoyulur. Burda isə şərab. Batumidə çay tapmaq gülməli olsada  çətindir.Batumidə Acariya şərab evidə var. Bu şərab evi turistlər arasında çox məşhurdur.Mütləq getməli olduğunuz yerlərdəndir. Batumidə şərab qiymətləri 2 laridən başlayır.Batumidə restoranlarda qiymətlər çox baha deyil. Siz 20 lariyə yaxşı nahar edə bilərsiniz

Mətbəx

Burdada Gürcüstanın hər yerində olduğu kimi xəmir yeməklərinə üstünlük verilir. Ancaq bir sıra fərqlər var.Məsələn dənizə yaxın olduğuna görə burda balıq yeməkləri məşhurdur. Batumidəsinizsə mütləq Acar xaçapurisinin və Acaxurinində dadına baxmağı unutmayın.

Bütün bu yerləri görmək, yeməklərdən dadmaq və şərabların dadına baxmaq istəyirsinizsə Batumiyə səyahət etməyə dəyər.

Fərid Dağlar