https://news.day.az/azerinews/1034351.html “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək Day.Az представляет новость на азербайджанском языке Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək

Azərbaycanca, 20 августа 2018 16:47 (UTC +04:00) 942
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri iki gün işləməyəcək

Day.Az представляет новость на азербайджанском языке

Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Milli.Az bildirir ki, bu barədə Milli.Az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости