https://news.day.az/azerinews/1063318.html Bakıda zəncirvari qəza - VİDEO - FOTO

Bakıda zəncirvari qəza - VİDEO - FOTO

Azərbaycanca, 17 ноября 2018 11:40 (UTC +04:00) 1 828
Bakıda zəncirvari qəza

Day.Az представляет новость на азербайджанском языке

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın Baku TV-yə istinadən xəbərinə görə, "Mitsubishi" markalı avtomobil öncə "Mersedes"ə, daha sonra "Niva"ya çırpılıb. 

İlkin araşdırma zamanı məlum olub ki, 90 ZJ 014 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobilinin sürücüsü Axundov Fətəli Vəlibəy oğlu nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edib.

Qəza zamanı xəsarət alan F.Axundov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Digər iki avtomobilin sürücüləri xəsarətsiz ötüşüb, avtomobillərə isə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Bakıda zəncirvari qəza

  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
  • Bakıda zəncirvari qəza
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости