https://news.day.az/azerinews/1089308.html "Atam oğluna görə bizi atdı" - Elza Day.Az представляет новость на азербайджанском языке "Həyatımdan böyük şərəflə danışıram. Anam bizi gözəl böyüdüb. Uşaqlar var ki, dərs oxumur, valideyn yollayır ki, gedin avtobusda pul qazanın. Bizi anamız dərs oxumağa göndərirdi".

"Atam oğluna görə bizi atdı" - Elza

Azərbaycanca, 5 февраля 2019 16:16 (UTC +04:00) 1 110
"Atam oğluna görə bizi atdı"

Day.Az представляет новость на азербайджанском языке

"Həyatımdan böyük şərəflə danışıram. Anam bizi gözəl böyüdüb. Uşaqlar var ki, dərs oxumur, valideyn yollayır ki, gedin avtobusda pul qazanın. Bizi anamız dərs oxumağa göndərirdi".

Day.Az-ın Axşam.az-a istinadla məlumatına görə, bu sözləri əməmkdar artist Elza Seyidcahan "Şou ATV" verilişində deyib. Sənətçi atasının onları atıb getmə səbəbini açıqlayıb:

"Atam anamla qohum olub. O zaman kişilər Rusiyaya işləməyə gedirdi. O da getdi. Dörd qızı var idi, o isə oğul istəyirdi. Getdi Rusiyada oğlu oldu, bura gələ bilmədi, bağlandı ona qaldı. 

Mən 8-ci sinifdə oxuyanda atam qayıdıb gəldi, anamla barışdırdılar. Sonra yenə çıxıb getdi. İllər sonra onu metroda gördüm, çağırmadım. Düşündüm ki, gələr yanımıza. Amma gəlmədi. Atam 4 qıza baxmadı getdi, amma indi onu qəhrəmanlaşdırdılar. Hara gedirəm ondan danışırlar". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости