https://news.day.az/azerinews/1089556.html Abşeronda ağır qəza: yaralılar var Day.Az представляет новость на азербайджанском языке Abşeron rayonunda sərnişin avtobusu qəza törədib. Day.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib. 99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb.

Abşeronda ağır qəza: yaralılar var

Azərbaycanca, 6 февраля 2019 11:20 (UTC +04:00) 1 100
Abşeronda ağır qəza: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

"10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости