https://news.day.az/azerinews/1090019.html Nadir evini və maşınını satdı - Səbəb Day.Az представляет новость на азербайджанском языке "Yolda hamının nəzərləri üstümdə idi. Satdım, gedib oğluma ikiotaqlı ev aldım. Bahalı maşınların arzusundayam, amma ona qaçmıram. Deyirəm, ona pul verməkdənsə oğullarıma gün ağlayım: torpaq, bağ alım".

Nadir evini və maşınını satdı - Səbəb

Azərbaycanca, 7 февраля 2019 13:14 (UTC +04:00) 1 423
Nadir evini və maşınını satdı

Day.Az представляет новость на азербайджанском языке

"Yolda hamının nəzərləri üstümdə idi. Satdım, gedib oğluma ikiotaqlı ev aldım. Bahalı maşınların arzusundayam, amma ona qaçmıram. Deyirəm, ona pul verməkdənsə oğullarıma gün ağlayım: torpaq, bağ alım".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Nadir Qafarzadə aparıcı Tolikin "Tarix Əliyev ilə səmimi" layihəsinin qonağı olarkən deyib.

İfaçı Türkiyədəki evini satdığını etiraf edib: "Övladımın təhsilinə görə satdım. "Maserati" aldım, 70 min dollara idi. Onu da satdım, başım ağrıdı. Bir gün saxladılar, nələrsə oldu. Şikayət etmədim, mənə qayıtdı ki, "sən belə qudurmusan "Maserati" sürürsən?" Dedim, xalqın mənə verdiyi dəyərdir, bəs sən nəylə almısan? Axı sizin maaşınızı da bilirəm".

Qeyd edək ki, Nadir Türkiyədəki evini 300 min dollara aldığını söyləmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости