https://news.day.az/azerinews/1094184.html Xidmətçi Röyanın başına “oyun açdı” Day.Az представляет новость на азербайджанском языке Əməkdar artist Röya Ayxanın başına iş gəlib. Day.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu barədə İnstaqram-da məlumat verib. O, Türkiyədəki 5 otaqlı evini təmizləməsi üçün şirkətlərdən birindən xidmətçi sifariş verib. "Adətən, evim balaca olduğu üçün özüm təmizləyirəm.

Xidmətçi Röyanın başına “oyun açdı”

Azərbaycanca, 20 февраля 2019 10:37 (UTC +04:00) 1 177
Xidmətçi Röyanın başına “oyun açdı”

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Röya Ayxanın başına iş gəlib.

Day.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu barədə İnstaqram-da məlumat verib.

O, Türkiyədəki 5 otaqlı evini təmizləməsi üçün şirkətlərdən birindən xidmətçi sifariş verib.

"Adətən, evim balaca olduğu üçün özüm təmizləyirəm. Amma bu dəfə dedim ki, bir xanım gəlsin, kömək etsin. O, evə gələnədək artıq 3 otağı təmizləmişdim. Özbəkistanlı qadın idi. Biləndən sonra müğənniyəm, başladı ki, mən də konservatoriya bitirmişəm, ifaçı olmaq istəyirdim. Ona dedim ki, ay xanım, ürəyiniz kim istəyir olun, arzularınızın ardınca gedin. Elə bu sözü deyəndən sonra qadın əlindəki yataq dəstini yerə atdı, Dedi ki, siz düz deyirsiniz, bu gündən sənətin daşını atıram, müğənni olacağam. Təmizlik əşyalarını, tozsoranı hər şeyi ortada qoyub, çıxıb getdi. Özü də pulunu artıqlaması ilə əvvəlcədən ödəmişdim", - Röya yazıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости