https://news.day.az/azerinews/1094624.html Bəxtiyar Əliyev: "Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir" Day.Az представляет новость на азербайджанском языке Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Qafqaz Müsəlmanları İdarəsində "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!" adlı tədbirdə deyib.

Bəxtiyar Əliyev: "Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir"

Azərbaycanca, 21 февраля 2019 13:10 (UTC +04:00) 1 343
Bəxtiyar Əliyev: "Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir"

Day.Az представляет новость на азербайджанском языке

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Qafqaz Müsəlmanları İdarəsində "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!" adlı tədbirdə deyib.

B.Əliyev bildirib ki, tarixə qısa nəzər salsaq görərik ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar, eyni zamanda deportasiyalar ilə müşahidə olunub: "1948-ci ildə sovet rəhbərliyi minlərlə azərbaycanlının Ermənistandan, öz əzəli torpaqlarından deportasiya edilməsi ilə bağlı qərar qəbul etdi. Səbəb isə bu göstərilirdi ki, xaricdə yaşayan ermənilərin Ermənistana yerləşdirilməsi üçün azərbaycanlılar buradan köçürülsün. Məgər o boyda SSRİ-də yer tapılmırdı ki, xaricdən gələn ermənilər yerləşdirilsin? Çox təəssüf ki, bu məqsədyönlü siyasət idi".

Deputat vurğulayıb ki, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş cinayətkarların hərbi tribunallar qarşısında cavab verəcəyi gün uzaqda deyil: "Onlar üzərində məhkəmə qurulacaq, ədalət öz yerini tapacaq. Mən qətiyyən şübhə etmirəm ki, biz o torpaqlara qayıdacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости