Məcburam onunla dostluq edim?

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Abbas Bağırov "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramına qonaq olub.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmkarı Zamiq Hüseynovla münasibətlərinin pozulmasından söz açıb:

"Zamiqlə əvvəllər yaxşı münasibətim olub, dəfələrlə mən onlara, o, bizə gəlib. Ailəsi ilə də münasibətim olub. O şeyləri unuda bilmərəm. Sadəcə, aramızda narazılıqlar olub.

Elə verilişlər və tədbirlər olur ki, eyni yerə düşmüşük. Mən oturmuşam, o gəlir, mənə "salam" vermir. Mən ona niyə "salam" verim ki? "Salam" sənin mədəniyyətin, tərbiyəndir. Onun münasibətə heç bir aiddiyyəti yoxdur".

Bağırov Zamiqlə yaşadığı problemin pərdəarxasından da danışıb:

"Bir insanlar münasibətimi pozuramsa, deməli, dəfələrlə diqqətsizlik, özünü düzgün aparmamağı, münasibətdə çatışmayan cəhətlər məni buna vadar edir. Sevirəm ki, insan səmimi, kamera arxasında necədirsə, kənarda da elə olsun. Mənimlə münasibəti necədirsə, başqalarının yanında da elə olsun. Yanımda başqa adamlar haqda danışılmasını sevmirəm. Narazılığın varsa, get, üzünə de. İnsan olduğu kimi məni qane etmirsə, məcburam onunla dostluq edim? Bir insana nə qədər keçə bilərsən? Təəssüflər olsun ki, onu özüm kimi görmüşəm. Onda günah görmürəm, xarakteri belədir, onu dəyişə bilmərəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.