“Rüfət səhnədən uzaqlaşdırılmayıb”

Day.Az представляет новость на азербайджанском языке

Son zamanlar yayılan videosu ilə gündəmdə olan müğənni Rüfət Axundov onunla bağlı olan bütün suallara aydınlıq gətirib.

Day.Az-ın Azmedia.az-a istinadən verdiyi məlumata görə, müğənni Rüfət Axundov "Hər Şey Daxil" verlişinin qonağı olub. Belə ki, müğənni onunla bağlı olan suallara aydınlıq gətirib. Aparıcı Tarix Əliyev "Rüfət səhnədən uzaqlaşdırılmadı, sadəcə biraz danlandı" sözlərini deyib.

Daha sonra aparıcı Tolik, Rüfət Axundovdan yayılan məsələ haqqında danışmasını istəyib. Müğənni Rüfət Axundov, "Düzdü o səs mənim mahnımın üzərində olmuşdu. Ancaq mən canlı ifa etmirdim. Mahnımı oxuyub, disqə yazıb vermişəm. Orda mənlik bir şey yoxdur".

Mələk Mahmudova

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.