https://news.day.az/azerinews/1147110.html Ağacları kəsən müəssisə rəhbəri cərimələndi - FOTO

Ağacları kəsən müəssisə rəhbəri cərimələndi - FOTO

Azərbaycanca, 14 августа 2019 15:12 280

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən "Xəzər" kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Nazirlikdən Day.Az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.

Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости