43 yaşlı çoxuşaqlı ana "Kainat gözəli" seçildi

"Missis Kainat gözəli - 2020" gözəllik müsabiqəsinin qalibi Rusiya təmsilçisi - 43 yaşlı çoxuşaqlı ana və uğurlu həkim Kseniya Verbitskaya olub.
Day.Az Milli.Az -a istinadən xəbər verir ki, müsabiqə yanvarın 21-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilib. Tac uğrunda dünyanın 36 ölkəsindən 40 yaşdan yuxarı ailəli qadınlar mübarizə aparıb.
Sankt-Peterburq şəhərindən olan Verbitskayanın dörd övladı var (16 yaşlı oğlan və 12, 8 və 3 yaşlarında qızlar). O, ginekoloq-endokrinloq işləyir, Argentina tanqosu ilə məşğul olur, ədəbiyyatla maraqlanır.
Qeyd edək ki, ötən il Verbitskaya "Missis Sankt-Peterburq Klassik" tituluna sahib olmuşdu.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре