https://news.day.az/azerinews/1360402.html
Ayrılıb özlərinə yeni sevgili tapdılar - FOTO
Aktyor Kaan Yıldırım ilə yollarını ayıran pop ulduz Hadisənin yeni sevgilisi olduğu məlum olub. "Qafqazinfo" türk mediasına istinadən xəbər verir ki, Hadisə Bodrumda biznesmen Mehmet Dinçerler ilə görülüb. Orada bir restorana əl-ələ gələn cütlük məkanı birlikdə tərk edib.

Ayrılıb özlərinə yeni sevgili tapdılar - FOTO
Aktyor Kaan Yıldırım ilə yollarını ayıran pop ulduz Hadisənin yeni sevgilisi olduğu məlum olub.
"Qafqazinfo" türk mediasına istinadən xəbər verir ki, Hadisə Bodrumda biznesmen Mehmet Dinçerler ilə görülüb. Orada bir restorana əl-ələ gələn cütlük məkanı birlikdə tərk edib.
Bir neçə ay əvvəl Kaan Yıldırım ilə evlilik hazırlıqları görən müğənninin yeni münasibəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bununla belə, Kaan Yıldırımın da yeni sevgilisi olduğu bəlli olub. Belə ki, o, Çeşmedə məşhur model və aparıcı Çağla Şikellə görülüb. Aktyor bu barədə hər hansı bir açıqlama verməsə də, Şikel onun haqqında "sadəcə dostumdur", - deyə bildirib.


Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре