İki məşhur jurnalist AzTV-yə keçdi

Tanınmış telejurnalist İlhamiyyə Rza və həyat yoldaşı, yazıçı, publisist Həmid Herisçi bundan sonra fəaliyyətlərini AzTV-də davam etdirəcəklər.

Day.Az Milli.az-a istinadən bildirir ki, bu barədə İlhamiyyə Rza özünün Facebook səhifəsində yazıb.

"4 il sərhasər sübh yuxusunu bizə haram etsə də, sizə xidmətimizdən dolayı sonsuz zövq aldığımız "Xəzər Səhər"lə vidalaşdıq. Əslində, 44 günlük Vətən müharibəsinin hər həyəcanlı gününü paylaşdığımız "Xüsusi buraxılış" da var idi... Amma Xəzər Səhər - hər səhər bir başqa aləm idi.

Xoşca qal, "Xəzər", xoş gördük AzTv" - deyə, İlhamiyyə xanım qeyd edib.