Ev tikdirmək istəyənlər üçün MÜHÜM XƏBƏR
Tikinti materialları bazarında qiymət bahalaşması səngiyib.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır.
"Növbəti ildən qiymətlərin necə olacağı haaqında dəqiq bir söz demək çətindir. Lakin dünyada baş verən proseslər onu göstərir ki, tikinti materialları bazarında qiymətlər ən azı növbəti iki il ərzində düşməyəcək. Bunun da əsas səbəbi dünyada baş verən iqtisadi və regionda baş verən hərbi-siyasi proseslər qiymətlərin azalmasını şərtləndirəcək əsaslar qoymur".
R. Osmanlı qeyd edib ki, nəzərə almaq lazımdır ki, hazırda ölkə daxilində də tikinti materiallarına ciddi tələbat var.
"Bunun da əsas səbəbi azad edilən torpaqlarımızda tikinti - bərpa işlərinin getməsidir. Beləliklə də daxili və xarici amilləri nəzər alsaq tikinti materiallarının qiymətinin ucuzlaşmasına imkan verməyəcək", - ekspert bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре