Cəlilabadda narkotik təsiri altında avtomobil sürən şəxs saxlanılıb
Cəlilabadda rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Day.Az-a verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Cəlilabad rayon sakini R.Astanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən R.Astanoun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре