Xaçmazda güclü külək çoxmərətəbəli binanın dam örtüyünü uçurub - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə güclü külək nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərətəbəli binanın dam örtüyünün bir hissəsinin uçması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
FHN-dən Day.Az-а bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən güclü külək nəticəsində beşmərtəbəli, dördbloklu yaşayış binasının 2 blokunun dam örtüyünün qoparaq yerə düşdüyü və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.
Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görərək insanların təhlükəsizliyini təmin ediblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре