https://news.day.az/azerinews/1557710.html
Beyləqan sakinindən 1 kq-dan çox metamfetamin aşkarlanıb
Beyləqan rayon sakinindən və onun avtomobilindən 1 kq-dan çox metamfetamin aşkarlanıb. Bu barədə Day.Az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Beyləqan sakinindən 1 kq-dan çox metamfetamin aşkarlanıb
Beyləqan rayon sakinindən və onun avtomobilindən 1 kq-dan çox metamfetamin aşkarlanıb.
Bu barədə Day.Az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi "Kia" markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре