Pullu yoldan istifadə edən sürücülərdən əlavə ödəniş alınır? - VİDEO

Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücülər onlardan əlavə ödəniş alındığını iddia edir.
Day.Az xəbər verir ki, sosial şəbələkərdə yayılan xəbərlərdə ödənişli yola nəzarət edən idarənin fəaliyyəti tənqid edilib.
Bununla bağlı "Xəzər Xəbər" çəkiliş apardığı müddətdə sürücülər narazılığını bildirməyib. Sadəcə deyilib ki, onların problemi buraxılışda ləngimələridir.
20 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin tərəzi əməliyyat qrupunun rəhbəri Mətin Cəfərov "XəzərXəbər"ə müsahibəsində bildirdi ki, gün ərzində bu yoldan təqribən 3 minə yaxın sürücü istifadə edir. Hər bir sürücüdən ödənişlərin kart vaistəsi ilə ödəmləri məlumatı verilir. Sürücülərin həm növbə ilə keçidi həm də digər mövcud problemlər qısa vaxt ərzində həll ediləcək.
İddialara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən münasibət bildirilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре