Qobu 33 saylı seçki məntəqəsində seçici aktivliyi qeydə alınıb

İlk dəfə seçkilər təşkil olunan Qobu 33 saylı seçki məntəqəsində seçici aktivliyi qeydə alınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonu 48 saylı seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermə davam edir.

Seçki məntəqəsinin sədri Aytən Əfəndiyeva bildirib ki, bu gün saat 08:00-dan 17:00-dək seçki məntəqəsində 960 seçici səsvermədə iştirak edib.

"Ümumi seçici sayı 1 314 nəfər təşkil edir", - deyə sədr əlavə edib.