Gömrük orqanlarının vəzifəli şəxslərinə birdəfəlik kompensasiyanın ödənilməsi qaydası müəyyənləşəcək

Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi qaydası təsdiqlənəcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanunun tətbiqi haqqında fərmanında bildirilib.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.