İmişlidə qəza

İmişlidə baş verən avtomobil qəzasında 39 yaşlı sürücü hadisə yerində ölüb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə İmişli şəhərində baş verib.

İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Xəlil Asif oğlu Quliyev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili maneəyə çırpması nəticəsində aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.